Elmi fəaliyyət
Fizika fakültəsinin elmi prioritetləri fizikanın müxtəlif sahələrində elmi-tədqiqat işlərinin aparılması, digər elm sahələri ilə inteqrasiyanın və qarşılıqlı fəaliyyətin qurulmasıdır.
Fakültədə təhsilin magistratura, fəlsəfə doktoru və elmlər doktoru səviyyələrində elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir.
Fəlsəfə və elmlər doktoru proqramları üzrə aşağıdakı ixtisaslar üzrə kadr hazırlanır:
- Nanoquruluşların fizikası və texnologiyası - 2222.01
- Elekronika - 2203.01
- Bərk cisimlər fizikası - 2211.01
- Yarımkeçiricilər fizikası - 2220.01
- Molekulyar fizika - 2206.01
- Nəzəri fizika - 2212.01
- Elektromaqnetizm - 2202.01
- Astrofizika, ulduz astronomiyası
Fakültənin professor-müəllim heyəti müxtəlif təcrübə proqramlarında, ölkədaxili və beynəlxalq layihələrdə yaxından iştirak edirlər, onların məqalələri nüfuzlu beynəlxalq bazalarda (indeksləşdirilmiş jurnallarda (Web of Science, Scopus və s.) dərc olunur. Mütəmadi olaraq fakültədə əməkdaşların, magistrant və doktorantların iştirakı ilə respublika və beynəlxalq konfranslar keçirilir.