QISA BİOQRAFİK MƏLUMAT
02 iyun 1974-cü ildə Şərur rayonunun Havuş kəndində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1991-1996 Bakı Dövlət Universitetini fizika ixtisası
1996-1999 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının aspiranturası
2000 dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi
2017 dissertasiya müdafiə edərək fizika üzrə elmlər doktoru elmi dərəcəsi
ƏMƏK FƏALİYYƏTİ
2000-2006 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının assistenti
2006-2016 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının dosenti
2016-2019 Fizika fakültəsinin dekan müavini, Fiziki elektronika kafedrasının dosenti
2019-2020 Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Fizika fakültəsinin Fiziki elektronika kafedrasının professoru vəzifələri
2020-ci ildən hal-hazıradək Bakı Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, Fizika fakültəsinin Fiziki elektronika kafedrasının professoru
MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ
2019 “Tərəqqi” medalı
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
ELMİ TƏDQİQAT SAHƏSİ
materialşünaslıq, optoelektronika, fotonika, nazik təbəqələrin texnologiyası və fizikası, foto- və qaz sensorlar, mikro- və nanotexnologiya, nanoquruluşlu materiallar
Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 150-dən çox elmi işin və 3 kitabın müəllifidir.
Xarici ölkələrdə keçirilmiş 20-dan çox nüfuzlu Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. 6 fəlsəfə doktoru dissertasiya işinin rəhbəridir.
International Association of Advanced Materials (IAAM) və European Materials Research Society (EMRS) elmi cəmiyyətlərinin, "Journal of low dimensional systems" elmi məcmuəsinin redaksiya heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.