MAİS KAZIM OĞLU SÜLEYMANOV

MAİS KAZIM OĞLU SÜLEYMANOV

MAİS KAZIM OĞLU SÜLEYMANOV

Professor

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

02 may 1953-cü ildə Bakı şəhərində anadan olub.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1960-1970-ci illərdə Bakı şəhəri Yasamal rayonunun 31 N-li orta məktəbində təhsil alıb və orta məktəbi “əla” qiymətlərlə bitirib.

1970 Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1975-cı ildə Bakı Dövlət Universitetini fizik, fizika müəllimi ixtisası üzrə bitirib.

1980   Birləşmiş Nüvə İnstitutunda (Dubna Rusiya) namizədlik dissertasiyasını müdafiyə etmişdir və həmən ildə fizika-riyaziyyat elmləri namizədi dərəcəsini almışdır.

1999   Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna Rusiya) doktorluq dissertasiyasını müdafiə etmişdir

2000   fizika-riyaziyyat elmləri doktoru dərəcəsini almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1975-2018    Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu

1996-2014    Birləşmiş Nüvə Tədqiqatlari İnstitutu

2002- 2004   Chex Respublikasında Nüvə Fizikası İnstitunda sərbəst tədqiqatçı vəzifəsi

2006- 2020   Pakistan İslam Respublikasında Xarici Professor

2019-cu ildən hal-hazıradək Bakı Dövlət Universiteti Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin Direktoru, Fizika fakültəsinin Maddə quruluşu kafedrasının 0,5 ştat professoru

MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ:

1982   Azərbaycan Respublikası Lenin Komsomolu mukafati ilə təltif edilmişdir.

TƏDQİQAT SAHƏSİ

Nüvə fizikası, Yüksək enerjilər fizikası, Ültrarelativistic ağır ionlar fizikası

Xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 535 elmi işin müəllifidir (və həmmüəllifidir). Elmi əsərlərin siyahisi https://orcid.org/0000-0003-4231-0480 saytında verilmişdir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2019  27th International Conference on Ultrarelativistic Nucleus-Nucleus Collisions (Quark Matter)

2019   International Conference on Modern Trends in Physics

2017   YH International Conference on Modern Trends in Physics

2012  2nd International Conference on Particle Physics in Memoriam Engin Arik and Her Colleagues (ICPP)

2008  Conference MESON  

2008  YH 18th Hadron Collider Physics Symposium

2008  Europhysics Conference on High Energy Physics

2001  8th International Conference on Mesons and Light Nuclei

2001  MESONS AND LIGHT NUCLEI 603  

BEYNƏLXALQ ELMİ ƏLAQƏLƏRİ

2004-cü ildən 2014-cü ilə qədər BirləşmişNüvə Tədqiqatları İnstitunun NICA/MPD Kollaborasiyasının;

1999-cu ildən 2021-ci ilə qədər Avropa Nüvə Tədqiqatları Mərkəzinin Böyük Adron Kollayderində aparılan Alice Təcrübəsinin;

2005-ci ildən 2014-cü ilə qədər Almaniyanın GSI nüvə mərkəzinin PANDA Təcrübəsinion üzvü olmuşdur

H-INDEKSI Web of Science elmmetric bazasında 56-dır.

ELMİ RƏHBƏRLİK

Bir elmlər doktoru, iki elmlər namizədi və üç fəlsəfə doktoru yetişdirmişdir.

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət