MƏCİD ŞƏRAFƏDDİN OĞLU QOCAYEV

MƏCİD ŞƏRAFƏDDİN OĞLU QOCAYEV

MƏCİD ŞƏRAFƏDDİN OĞLU QOCAYEV

Dosent

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

07 sentyabr 1974-cü ildə Azərbaycan Respublikası Balakən rayonunun Qullar kəndində ziyalı ailəsində anadan olmuşdur.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1991    Qabaqçöl kənd (hal-hazırda qəsəbə) orta məktəbini medalla bitirmişdir;

1991    BDU-nun fizika fakültəsinə daxil olmuşdur;

1996    BDU-nun fizika fakültəsini «Fizika müəllimi, fizik» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir;

1996-1999    «Nəzəri və riyazi fizika» ixtisası üzrə əyani aspirantura təhsili almışdır;

2000    fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır;

2001-2017    BDU-nun İnformasiya Texnologiyaları Mərkəzində mühəndis işləmişdir;

2010-2017    BDU-nun nəzəri fizika kafedrasının baş müəllimi işləmişdir;

2014-2019    Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası, Fizika Problemləri üzrə Elmi Şuranın katibi işləmişdir;

2017    BDU-nun nəzəri fizika kafedrasının dosentidir;

2018-2023   2212.01 – Nəzəri fizika ixtisasında elmlər doktoru proqramı üzrə doktorantura təhsili almışdır;

2023 Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının üzvüdür.

ƏMƏK FƏALİYYƏTİ

12.04. 2001-ci ildən 01.04.2013-cü ilə kimi BDU-nun İnformasiya Texnologiyaları Mərkəzində tam ştat, 01.04.2013-cü ildən 0,5 ştat elektronçu-mühəndis (İnformasiya Təhlükəsizliyi şöbəsi) vəzifəsində işləyir;

01.09.2007-ci ildən 01.04.2013-cü ilə kimi BDU-nun Nəzəri fizika kafedrasında saathesabı, 01.04.2013-cü ildən 13.01.2017-ci ilə qədər tam ştat baş müəllim işləmiş, 13.01.2017-ci ildən həmin kafedranın dosentidir;

MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ:

2019    “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı;

TƏDQİQAT SAHƏSİ

Elementar zərrəciklər fizikası, Elektrozəif qarşılıqlı təsirlərin Standart modeli

92 elmi əsərin, 1 dərs vəsaiti, 1 metodik vəsait və 1 monoqrafiyanın müəllifi və ya həmmüəllifidir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2001, 2004, 2008, 2010, 2015, 2016-cı illərdə «Fizikanın aktual problemləri» adlı II, III, V, VI, VIII Respublika Elmi konfransları, Bakı

2008   V Eurasian Conference «Nuclear Science and its application», Ankara, 2008, 14-17 oktober

2009, 2010, 2011, 2013, 2014-cü illərdə «Fizikanın müasir problemləri» adlı III, IV, V, VII və VIII Respublika Elmi konfransları, Bakı

2010-2011  «Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri» mövzusunda Beynəlxalq elmi konfranslar, Bakı

2013    International Conference on High Energy Physics, Baku

2014   VII Eurasian Conference «Nuclear science and its application». Baku, 2014, 21-24 oktober

2015    BDU-nun Fizika Problemləri İnstitutunun yaradılmasının 10 illiyinə həsr olunmuş «Opto-, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası» mövzusunda Beynəlxalq elmi konfransı, Bakı

2017    «Modern trends in Physics»: X International Conference, Baku

2020    II International Scientific Conference on "Actual Issues of Applied Physics and Energy", Sumgayit

2020-2021  «Radiasiya tədqiqatları və onların praktiki aspektləri» mövzusunda VIII konfrans, Bakı

2021    7th International Conference MTP-2021: Modern Trends in Physics, Baku

2023   16th International Conference on Nuclear Structure Properties (NSP2023), May 8-10, Karabük University, Karabük, Türkiye

2023   8th International Conference MTP-2023: Modern Trends in Physics, November 30 – December 1, Baku, Azerbaijan

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət