Magistrantların və gənc tədqiqatçıların “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ”nə həsr olunmuş “Fizika və astronomiya problemləri” adlı XXIV Ümumrespublika Elmi konfransı
Tezislərin tərtibatına və göndərilməsinə dair qaydalar:
Kağız formatı – A5 (14,85´21 sm), kənar sahələr – hər tərəfdən 2 sm.
Şrift, şriftin ölçüsü – Mətnin bütün hissələrində şrift Calibri, şriftin ölçüsü 11 pt.
İnterval və məsafələr – Sətirarası məsafə 1 interval, abzas məsafəsi 0.75 sm (Tab-sız və probelsiz).
Məruzənin adı – baş hərflərlə, tünd şriftlə, mərkəzə düzlənmiş.
Müəllif(lər)in Soyadı A.A.– tünd şriftlə, mərkəzə düzlənmiş (Məruzəçinin adının altından xətt çəkilir)
Təhsil (elmi-tədqiqat) müəssisəsi – adi və kursiv şriftlə, mərkəzə düzlənmiş.
Müəllif(lər)in elektron ünvanı – adi və kursiv şriftlə, mərkəzə düzlənmiş
Əsas mətn – adi şriftlə, kənarlara düzlənmiş.
Şəkil, qrafik və cədvəllər – mətndə istinaddan sonra verilir, birdən artıq olduqda nömrələnir.
Formullar – bütün formullar və vahidlər formul redaktoru ilə yazılır.
Konfrans materiallarının dili – azərbaycan, ingilis və rus.
Faylın adlandırılması – bölmənin nömrəsi_birinci müəllifin soyadı (2_Rəhimzadə.docx).
Ədəbiyyat siyahısı – sonda mətndə istinad olunmuş mənbələrin siyahısı verilir.
Tezisin həcmi – şəkillər, qrafiklər, cədvəllər və ədəbiyyat siyahısı da daxil olmaqla tam 2 səhifə.
Qeyd: Yalnız tələblərə tam uyğun tərtib olunmuş tezislər qəbul edilir.
Məruzələrin elektron variantının göndəriləcəyi ünvan: [email protected]
Əlaqə nömrəsi: (51) 3980464; (77) 766 60 37