Ölkədaxili əməkdaşlıq

Fizika fakültəsi respublikamızda fəaliyyət göstərən elm və təhsil mərkəzləri, elm tutumlu sənaye parkları, dövlət şirkətləri ilə qarşılıqlı məqsədlərə xidmət edən əməkdaşlıq fəaliyyətini həyata keçirir. Bu əməkdaşlıq təhsil prosesinin daha keyfiyyətli və cari tələblərə uyğun təşkil edilməsinə, fakültədə təhsilalanların yüksək keyfiyyətli mütəxəssis kimi formalaşmasına, fakültədə aparılan elmi-tədqiqat işlərinin respublika iqtisadiyyatının ehtiyaclarına uyğun qurulmasına, məzunların gələcəkdə iş yeri ilə təmin olunmasına xidmət edir. Bu sırada tələbələrin elmi-tədqiqat mərkəzlərində, sənaye parklarında və orta ümumtəhsil məktəblərində təcrübə keçmələrini xüsusi qeyd etmək lazımdır. Bundan başqa, fakültənin və həmin qurumların alimləri qarşılıqlı olaraq elmi tədbirlərdə (konfrans, seminar, müdafilər və s.) iştirak edirlər. Fizika fakültəsinin əməkdaşlıq etdiyi müəssisələr: AMEA-nın Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu, Biofizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti  və digər regional təhsil müəssisələri, orta ümümtəhsil məktəbləri.  Aparılan elmi əməkdaşlığın nəticəsi olaraq fakültənin aparıcı mütəxəsisləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA-nın maliyyələşdirdiyi qrant müsabiqələrində birgə iştirak edirlər.

 

AMEA-NIN BİOFİZİKA İNSTİTUTU

NƏSİRƏDDİN TUSİ ADINA ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI

MİLLİ NÜVƏ TƏDQİQATLARI MƏRKƏZİ

REGİONAL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət