18 oktyabr - Müstəqilliyimizin Bərpası Günüdür
Azərbaycan! Adı gözəl, özü gözəl, sözü gözəl, dili bal kimi şirin məmləkətimiz! Dünyanın bütün gözəlliklərinin cəmləndiyi torpaq! Sən böyük bir tarix keçib bu günlərdə güclü bir Azərbaycan olmusan. Yolun çox keşməkeşli olub, qüdrətli dövlətlərin olub. Dostların olub, ancaq onlardan da çox düşmənlərin olub. İstilalara, işğallara məruz qalmısan, vuruşmusan, savaşmısan, qurbanlar vermisən, ancaq hər zaman bu günkü müstəqil Azərbaycan eşqi ilə yaşamısan. Çoxlu şəhidlər vermisən – döyüşən əsgərlər, torpağı becərən silahsız kəndlilər, övladlarını böyüdən analar, məsum körpələr, azadlıq mücahidləri olan ziyalılarımız! Hər şeyə rəğmən biz bu gün müstəqil, güclü, məğrur Azərbaycanımızın vətəndaşlarıyıq! Allah bütün şəhidlərimizə rəhmət eləsin və müstəqilliyimiz daimi olsun!