31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir
31 mart 2022-ci il tarixində Fizika fakültəsində Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib.Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra dekan Bəxtiyar Paşayev Azərbaycan xalqına qarşı törədilmiş faciələr haqqında, erməni terrorçularının qanlı cinayətləri haqqında, 1918-ci ilin mart ayının sonu, aprel ayının əvvəlində Bakıda və Azərbaycanın digər bölgələrində törədilmiş qırğınlar barədə danışdı, bu hadisələrin daima xatırlanmasının və lazımi dərslərin çıxarılmasının əhəmiyyətini vurğuladı. 31 Mart günü ilə bağlı videoçarx nümayiş etdirildi. Dekan müavini Məhəmməd Məhərrəmov bu faciələrin xalqımızın qan yaddaşına yazıldığını, belə tədbirlərin xüsusilə gənclər üçün maarifləndirici rol oynadığını, gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsi baxımından əhəmiyyət daşıdığını qeyd etdi. Sonra tələbələr çıxış etdilər. Gülsüm Hümbətova və Günel İmanova tanınmış şəxslərin mart soyqırımı haqqında fikirlərini səsləndirdilər. Ləman Allahverdili mart soyqırımının dünyada tanıdılması istiqamətində görülmüş işlərdən danışdı. Günay Allahverdiyeva, Əntiqə İsmayılova, Lamiyyə Həmidova və Yaxşıxanım Hüseynova şəhidlərə həsr olunmuş şerlər söylədilər