Astrofizika kafedrasında elmi seminar keçirilib
19 may 2022-ci il tarixində Astrofizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Bayram Rüstəmov “Be Herbig tipli HD53367 ulduzunun spektral müşahidəsi. İlkin nəticələr.” mövzusunda çıxış edib. O qeyd edib ki, məruzədə Be Herbig tipli HD 53367 massiv qoşa ulduzun Şamaxı Astrofizika Rəsədxanasının 2m-lik teleskopunun Kasseqren fokusunda, optik lifli eşele spektroqrafda (Shamakhy Fibre Echelle Spectrograph), yüksək spektral ayırdetmə (R = 28000) ilə alınmış CCD spektlərinin nəticələri şərh olunub. λλ3900–7500 ÅÅ dalğa uzunluğu oblastında, ulduzun spektrində - hidrogenin Balmer seriyasının (Ha - He) xətləri, neytral natriumun (D1,2 NaI) və birqat ionlaşmış kalsiumun (H və K CaII) rezonans xətləri, eləcə də HeI l5876 Å xətti analiz olunub. Alınmış nəticələrin, ulduzun ədəbiyyatda dərc olunmuş spektral və fotometrik xarakteristikaları ilə müqayisəli təhlili aparılıb.