BDU-da Günəş tutulmasının müşahidəsi təşkil olunub
25 Oktyabr 2022 09:03

Məlum olduğu kimi, 25 oktyabr 2022-ci il tarixində cari il ərzində baş verən ikinci Günəş tutulması gözlənilirdi. Həmin hadisəni müşahidə etmək üçün Bakı Dövlət Universitetinin Tələbə Elmi-texniki Yaradıcılıq Mərkəzi tərəfindən müvafiq tədbirlər görülüb. Belə ki, Mərkəzin qarşısında quraşdırılmış teleskop vasitəsilə əldə olunan görüntülər ekrana ötürülməklə tamaşaçılara nümayiş olunub. 25 oktyabr təqribən saat 14-00-da gözlənilən hadisə baş Verdi. Havanın buludlu olması səbəbindən Günəşin tutulmasını fasiləsiz izləmək mümkün olmadı. Bununla belə, Günəşin tutulması epizodik olaraq izlənildi və maraqlı fotolar çəkildi.
Son XƏBƏRLƏR
08.10.2026 | 20:12
BDU-da kosmik havanın kritik infrastruktura təsirləri və proqnozlaşdırılması problemləri müzakirə olunub
05.10.2026 | 16:08
Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib
01.10.2026 | 11:22
Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
30.09.2026 | 16:20
Fizika fakültəsində I kurslarla görüş keçirilib
30.09.2026 | 09:32