Bu gün Ümumdünya Müəllimlər günüdür
Müəllim! Bu sözdə nə qədər dərin məna var! İnsanlıq tarixində yaranmış peşələrin ən şərəflisidir müəllimlik! Hər birimizin həyatında ən mühüm rol oynayan şəxsdir müəllim! Öz peşəsinə ürəkdən bağlı olan və şagirdlərini valideyn məhəbbəti ilə sevən mükəmməl şəxsiyyətdir müəllim. Bizləri həyata hazırlayan, bir vətəndaş kimi yetişdirən, düşünməyi, anlamağı, anlatmağı öyrədir müəllim. Həyatın çətinliklərinin öhdəsindən gəlmək üçün bilik və bacarıqları ondan alırıq. Cəmiyyətin hər bir üzvü – sıravi vətəndaşdan tutmuş dövlət başçılarına kimi hər kəs həyat məktəbinin ilk dərslərini müəllimdən alır. “Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram” deyib Ulu Öndərimiz Heydər Əliyev!
Müəllim
Şam kimi yanaraq ömrün əridər,
Yollra işığn salar Müəllim.
Bir eli, obanı nura qərq edər,
Qiymətini eldən alar Müəllim.
Bir kənara qoyar öz dərd-sərini,
Güdməz nə xeyrini, nə də şərini.
Bəzən də alnının silib tərini,
Şirin xəyallara dalar Müəllim.
İşləyər, iş vaxtı çatsa da sona,
Xoşlamaz, girəni yüz cürə dona.
Bənzəməz kimsəyə, nə kimsə ona,
Daim yaddaşlarda qalar Müəllim.
Sadə ömür sürər, yaşayar belə,
Doğru bildiyini gətirər dilə.
Zehni, məhəbbəti, zəhməti ilə,
Cahilliyə zəfər çalar Müəllim.
Bu günkü bayram münasibətilə Fizika fakültəsinin rəhbərliyi auditoriyalarda dərs zamanı müəllimləri təbrik edib. Xüsusən də fakültənin yükünü uzun illər çiynində daşıyan ağsaqqal müəllimlər ziyarət edilib, onlarla xatirə şəkilləri çəkilib.
Bir daha bütün müəllimlərimizi bayram münasibətilə təbrik edirik.