Elmi seminarda yaşıl enerjinin saxlanılmasının müasir üsulları barədə danışılıb

28 yanvar 2026-cı il tarixində Fizika fakültəsi Ümumi fizika və FTM kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Cabbar Cabbarov “Yaşıl enerjinin saxlanılmasının müasir üsulları” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, öz dəyərinə və məhdudiyyətsiz mövcudluğuna görə yaşıl enerji- külək və günəş enerjisi Azərbaycanda üstünlük verilən enerji mənbəyi kimi müəyyənləşdirilmişdir. Külək enerjisinin proqnozlaşdırılan illik gücü təxminən rentabelli külək enerjisi baxımından 3000 MVt təşkil edir ki, bu da bir neçə milyard kVt saat elektrik enerjisi istehsal edəcək. Bu, 1 milyon tonlarla ənənəvi yanacağa qənaət etməyə imkan yaradacaq və beləliklə də karbon emissiyalarını azaldacaq və ölkəmizin Paris sazişi çərçivəsində Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə (NDC) sənədində qəbul edilmiş 1990-cı il baza ilindən başlayaraq ölçülməklə 2030-cu ilədək İQ (istixana qazlarının) emissiyasını 35% azaltmaq barədə götürdüyü öhdəliyə uyğundur (İRENA - 2019). Giriş Enerji ehtiyaclarının sürətlə artdığı bir dövrdə təbii və təmiz enerji mənbələrinə keçid zərurətə çevrilib. Bu proyektlərin həyata keçirilməsi üçün enerji istehsal etməklə yanaşı, onların saxlanılması və şəbəkəyə qaytarılması aktual problemlırdən biridir.
Təqdim olunan mühazirədə istehsal olan enerjinin toplanılması, saxlanılması və onun tələb olunan zaman şəbəkəyə qaytarılmasının müasir texnologiyaları, onların üstünlükləri və çatızmazlıqları araşdırılıb.
Məruzəçi həmçinin BESS (Batareyalarda Enerjisi Saxlama Sistemi)- enerjini elektrik şəklində saxlamağa və paylamağa imkan yaradan sistem haqqında, PEM (Proton Mübadilə Membranı) elektrolizatorları və Qələvi Elektrolizatorları haqqında məlumat verib.
1990-cı illər membran texnologiyasındakı irəliləyişlər və qiymətli metalların istehsalının artması əhəmiyyətli irəliləyişlər gətirdi və bu da PEM elektrolizatorlarını daha geniş tətbiqlər üçün daha əlverişli etdi. Son iki onillikdə suyu parçalayaraq alınan hidrogenə təmiz yanacaq kimi qlobal maraq PEM elektrolizində daha da yeniliklərə səbəb oldu və bu sistemlərin səmərəliliyini, davamlılığını və əlverişliliyini artırdı. 2000-ci illərin əvvəllərində PEM elektrolizatorları laboratoriyalar və yanacaq elementləri kimi yüksək təmizlikli hidrogen tətbiqlərində artıq dəyərli olduğunu sübut etdi. Bu gün PEM elektrolizatorları sənayedə hidrogen istehsalı, bərpa olunan enerji saxlanması və yanacaq elementləri tətbiqləri üçün istifadə olunur. Təmiz enerji və hidrogenin dayanıqlı yanacaq mənbəyi kimi roluna olan təkan PEM texnologiyasına investisiyaları və tədqiqatları təşviq etməyə davam edir.
Seminarın sonunda məruzəçi sualları cavablandırıb və müzakirələr aparılıb.