Fizika fakültəsi tələbələrinin Fizika institutuna infoturu təşkil edilib

Fizika fakültəsinin 2026-cı il üçün sosial istiqamətdə tədbirlər planına uyğun olaraq 14 may 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Karyera və məzunlarla iş Mərkəzinin və Fizika Fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Fizika fakültəsi tələbələrinin Elm və Təhsil Nazirliyinin Fizika İnstitutuna infoturu təşkil olunub. İnfoturda fakültənin 30 tələbəsi iştirak edib. Səfərin əsas məqsədi tələbələri institutun elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış etmək, onların elmi mühit haqqında daha ətraflı məlumat əldə etməsinə şərait yaratmaq və gələcək tədqiqat fəaliyyətlərində faydalı ola biləcək praktik tövsiyyələr verməkdir. Tələbələrə ilk öncə laboratoriyalardakı təhlükəsizlik qaydaları barədə məlumat verilib. Daha sonra tələbələr institutun bir sıra laboratoriyalarında aparılan aktual elmi araşdırmalar, istifadə edilən müasir texnologiyalar və innovativ yanaşmalarla tanış olublar. Bildirilib ki, bu kimi tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki şəkildə möhkəmləndirilməsinə və elmi-tədqiqat mühitinə inteqrasiya olunmasına kömək edir.
Tələbələrin sualları cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.