Fakültənin əməkdaşı Portuqaliyada beynəlxalq konfransda iştirak edib
Fizika fakültəsinin əməkdaşı Şirxan Hümbətov Beynəlxalq Maye Kristal Cəmiyyəti tərəfindən 24-29 iyul 2022-ci il tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində təşkil olunmuş 28-ci Beynəlxalq Maye Kristal Konfransında iştirak edib. Qeyd edək ki, Şirxan Hümbətov 2015-ci ildən Beynəlxalq Maye Kristal Cəmiyyətinin üzvüdür və bu cəmiyyət tərəfindən əvvəllər təşkil edilmiş 2 konfransda iştirak etmişdir. Beynəlxalq Maye Kristal cəmiyyəti hər iki ildən bir dünyanın müxtəlif elm mərkəzlərində konfranslar təşkil edilir. Sayca 28-ci olan konfransda dünyanın müxtəlif elm, təhsil və sənaye mərkəzlərindən 500 nəfərdən çox alim və mühəndis qatılmışdır. Şirxan Hümbətov konfransda “BaTiO3 nanohissəciklərinin smektik A fazalı maye kristalın dielektrik və faza keçidi xassələrinə təsiri" adlı məruzə ilə iştirak etmişdir. Konfransın materiyalları Maye Kristal jurnalında (3.074 Impact factor, Q1, Scopus) çap ediləcək.