Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib
30 sentyabr 2022-ci il tarixində Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1) 1-ci kursa qəbulun nəticələri,
2) Yay məktəbinin imtahan sessiyasının nəticələri,
3) 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələr,
4) Fakültə Elmi Şurasının 2022-2023-cü tədris ili üçün iş planının təsdiqi,
5) Nəzəri fizika, Maddə quruluşu, Fiziki elektronika və Yarımkeçiricilər fizikası kafedraları üzrə boş olan professor-müəllim vəzifələrini tutmaq üçün seçkinin keçirilməsi
6) Cari məsələlər
Elmi Şuranın sədri fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək gündəliyi şura üzvlərinin müzakirəsinə təqdim etdi. Gündəlik təsdiq edildikdən sonra Bəxtiyar Paşayev ilk 4 məsələ ilə bağlı məlumat verdi. Fakültə Elmi Şurasının 2022-2023-cü tədris ili üçün iş planı təsdiq olundu. 5-ci məsələ ilə bağlı Fakültədə boş olan yerlərə seçkilərlə bağlı məlumat verən Bəxtiyar Paşayev “professor” yerlərini tutmaq üçün sənəd vermiş namizədlərin BDU-nun Elmi Şurasında seçilməli olduqlarını, bunun üçün fakültə Elmi Şurası tərəfindən onların namizədliyinin dəstəklənməsi barədə qərar verilməli olduğunu qeyd etdi. Ümumi səsvermə ilə professor vəzifəsini tutmaq üçün Tərlan Hüseynovun, Sərhəddin Abdullayevin və Rauf Cəfərovun namizədliyinin Böyük Elmi Şuraya təqdim olunması qərara alındı. Elmi Şuranın üç üzvündən ibarət Hesablama Komissiyası təsdiq olundu. Gizli səsvermə keçirildi və “Nəzəri fizika” kafedrasına dosent vəzifəsinə Məmməd Rəcəbov, Azər Əhmədov və Məcid Qocayev, Mahir Pirquliyev 0,5 ştat baş müəllim vəzifəsinə, “Maddə quruluşu” kafedrasına Alim Həsənov dosent vəzifəsinə, “Yarımkeçiricilər fizikası” kafedrasına Fidan Əhmədova müəllim vəzifəsinə seçildilər.
Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatdı.