Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib
17 oktyabr 2022-ci il tarixində Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə ixtisas fənlərindən imtahan suallarının vəziyyəti, Yekun Dövlət Attestasiyasının suallarının təsdiqi, Doktorantların attestasiyadan keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi və cari məsələlər daxil edilib. Fakültə dekanı Bəxtiyar Paşayev iclası açıq elan edərək gündəlikdəki məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırdı. İxtisas fənlərindən imtahan suallarının vəziyyətinin tələblərə cavab verdiyi qeyd olundu. Sonra Yekun Dövlət Attestasiyasının sualları təsdiq olundu. Üçüncü məsələ üzrə elmlər doktoru proqramı üzrə doktorantlar Həbibə Şirinova və Vüsal Məmmədov, fəlsəfə doktoru proqramı üzrə Əfsanə Surxaylı bir ilə ərzində dissertasiya mövzusu üzrə görülən işlər, çap olunmuş elmi əsərlər barədə məlumat verdilər. Elmi Şuranın səsverməsi ilə hər üç doktorantın birinci il ərzində fəaliyyəti qənatbəxş hesab olundu. Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatdı.