Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin seminarı keçirilib
12 aprel 2022-ci il tarixində BDU Fizika fakltəsi Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib. Seminarda Fizika fakültəsi III kurs Fzm175-ci qrup tələbələri Aytən Xəlilova və Nərmin Əliyeva “Neytrino ovçuları və neytrino zərrəcikləri” və Sabah qrupları Fizika fakültəsi III kurs Fzm020S qrup tələbəsi Əliyeva Əsmər “Dünyanın mexaniki mənzərəsi” mövzularında çıxış ediblər. Aytən Xəlilova və Nərmin Əliyeva neytrino zərrəcikləri haqqında ilk elmi təsəvvürlərin meydana çıxması, tədqiqatlar, cənub yarımkürəsində qurulmuş rəsədxana, neytrinonun özünəməxsus xüsusiyyətləri və s barədə ətraflı məlumat verdilər. Məruzə üzrə müzakirələrdə çıxış edən Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov tələbələrin ciddi əmək sərf etdiklərini, maraqlı məruzə hazırladıqlarını söylədi və tövsiyələrini verdi. Əsmər Əliyeva dünyanın mexaniki mənzərəsnin formalaşması, fizikanın mexanika bölməsinin elmi əsasları, müasir təsəsvvürlər və yanaşmalar barədə danışdı. Onun mexanika fənninin əhəmiyyəti barədə şəxsi mülahizələri maraqla qarşılandı. Hər iki məruzə iştirakçıların marağına səbəb oldu. Sonra Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev 2021-ci ildə keçirilimiş “Gələcəyin alimləri” adlı tələbə elmi konfransının iştirakçılarına konfrans materiallarının dərc olunduğu topluları və sertifikatları təqdim etdi.