Fizika Fakültəsi Tələbə Elmi Cəmiyyətinin seminarı keçirilmişdir
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyəti fəaliyyətini onlayn formada davam etdirir.
9 mart 2021-ci il tarixdə Fizika Fakültəsi TEC-in onlayn seminarı keçirildi.Seminarda fakültə müəllimləri, TEC üzvləri, tələbələr iştirak etdilər. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Bakı Dövlət Universitetinin Fizika fakültəsi Tələbə Elmi Cəmiyyəti də tələbələrin ənənəvi "Fizika bugün" adlı elmi seminarını Microsoft Teams platforması üzərindən keçirdi. Seminarda II kurs tələbəsi Hüseyinli Sənubər "Nanotexnologiya və enerjinin gələcəyi" mövzusunda məruzə etdi. O, qeyd etdi ki, son illər nanotexnologiyanın həyatımıza daxil olması ilə sənaye, texnologiya sahələrində cidi dəyişikliklər meydana gəlmişdir. Nanotexnologiyanın tətbiqi enerji istehsalına da öz təsirni göstərmişdir. Seminar iştirakçıların marağına səbəb oldu, sonda suallar cavablandırıldı.