Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib

10 iyul 2026-cı il tarixində Fizika fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələ daxil edilib:
- 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri haqqında.
- Buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsinin nəticələri
- Cari məsələlər
Elmi Şuranın sədri Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev Elmi Şuranın iclasını açıq elan edərək I məsələ ilə bağlı çıxış edib. O, bir çox istiqamətlərdə fakültənin fəaliyyətində irəliləyişlər olduğunu qeyd etdi, fakültənin tədris və elmi fəaliyyətdə əldə etdiyi nailiyyətlərə dair faktları rəqəmlərlə göstərdi. Həmçinin sosial sahədə görülmüş işlər barədə məlumat verilib. Fakültədə 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının bakalavr pilləsi üzrə nəticələri Elmi Şura üzvlərinə təqdim olunub.
B.Paşayev bildirdi ki, Fakültədə təlim-tədris prosesinə nəzarət mütəmadi olaraq həyata keçirilib. Dərs cədvəllərinin tərtibatı, açıq dərslərin və kollokvumların keçirilməsi, imtahan prosesi nəzarətdə saxlanılıb. Fakültədə elmi seminarların təşkili və keçirilməsi təmin olunub. Fakültə Elmi Şurasının və dekanlığın iclasları keçirilib. Fakültə Universitet üzrə təşkil olunan tədbirlərdə, rektorluğun iclaslarında, BDU Elmi Şurasında təmsil olunub. 2026-ci ildə Fakültə Elmi Şurasının 4 iclası keçirilib. Elmi Şuranın ayrı-ayrı iclaslarında tədris və elmi fəaliyyətlə bağlı məsələlər müzakirə olunub, seçkilər keçirilib.
Tələbə Elmi Cəmiyyətinin (TEC), Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Gənc Alimlər Şurasının (GAŞ) tədbirləri keçirilib.
II məsələ ilə bağlı çıxış edən Bəxtiyar Paşayev bakalavriat üzrə müvəffəqiyyət və keyfiyyət göstəriciləri haqqında məlumatı Elmi Şura üzvlərinin nəzərinə çatdırıb.
2025-ci ildə Fizika fakültəsidə Fizika ixtisasından 122 tələbədən 106 -sı Buraxılış işinin müdafiəsinə buraxılıb. Onlardan 68-i "A" , 34-ü "B", 4- ü isə "C" qiyməti alıblar.
Fizika müəllimliyi ixtisasından 135 tələbədən 118-i məzun olub.
4 tələbə universiteti "Fərqlənmə" diplomu ilə bitirib. 2025-ci ildə II kursu bitirən 53 magistrantdan 51-i dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib. Magistrantların hamısı "A" qiyməti alıblar.
Sonra cari məsələlər müzakirə olunub. Bildirilib ki, Nəzəri fizika kafedrasının professoru Sərhəddin Abdullayev tərəfindən yazılmış "Elektrik və maqnetizm" adlı dərsliyin əlyazması və Optika və molekulyar fizika kafedrasının professoru İradə Əliyeva və fizika üzrə fəlsəfə doktoru Aynur Əsədova “Laboratory experiments in Mechanics and Molecular physics” adlı dərs vəsaitinin əlyazması, həmçinin, Maddə quruluşu kafedrasının çıxarışına əsasən 2025/2026-cı tədris ilində magistratura pilləsinin Nüvə və elementar zərrəciklər fizikası ixtisaslaçmasında yeni tədris planına uyğun ”Nüvə reaksiyaları və nüvələrin bölünməsi fənnin proqramı”, Fiziki elektronika kafedrasının çıxarışına əsasən 2025/2026-cı tədris ilində magistratura pilləsinin Bərk cisim elektronikası ixtisaslaşmasında ”Bərk cisimli elektronika” fənnin proqramı və Astrofizika kafedrasının doktoranturaya qəbul üzrə Astrofizika və ulduz astronomiyası ixtisası üzrə proqramı Elmi Şuranın müzakirəsinə təqdim olunub.
Müzakirələr nəticəsində təklif olunub ki, təqdim olunan kitabların elmi, metodik və pedaqoji dəyəri nəzərə alaınraq onların nəşri məqsədəuyğun hesab edilsin və nəşr hüququnun (qrif) verilməsi üçün BDU-nun Elmi şurası qarşısında vəsatət qaldırılsın.
Eləcə də təqdim olunmuş proqramlar Elmi Şura üzvləri tərəfindən təsdiq olunub.