Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə dəyirmi masa keçirildi
23.02.2021-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusu ilə bağlı dəyirmi masa keçirildi. Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavinləri Musayeva Nəzrin və Balakişiyeva Məsumə “gender” anlayışı haqqında tələbələrə məlumat verdikdən sonra dəyirmi masada “Azərbaycanda gender bərabərliyi” mövzusu müzakirəyə çıxarıldı. Tədbirdə iştirak edən Fizika fakültəsi dekan müavini Məhəmməd Məhərrəmov Azərbaycan mentaliteti, qadın haqları, gender bərabərliyindən danışdıqdan sonra müzakirəyə start verildi. Tələbələr bir-birindən fərqli, maraqlı fikirlər söyləyib müzakirə etdilər. Tədbirin sonunda Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Salmanlı Aynurə tədbir iştirakçılarına təşəkkürünü bildirib tədbiri sonlandırdı.