Dissertasiyanın müdafiəsi keçirilib
08 aprel 2022-ci il tarixdə BDU Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının iclasında Milli Aerokosmik Agentliyi Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun doktorantı Ibrahimli Aygün Balayaz qızının 2206.01 "Molekulyar fizika" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Psevdopotensiallı Nyuton mayelərində nanohadisələrin fenomenoloji tədqiqi" mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. İclası Dissertasiya Şurasının sədri, fizika elmləri doktoru, dosent Hüseyn Məmmədov açıq elan edərək bildirdi ki, Şura üzvlərinin hamısı iclasda iştirak etdiyi üçün, Dissertasiya Şurasının iclası səlahiyyətlidir və gündəlikdə duran "Psevdopotensiallı Nyuton mayelərində nanohadisələrin fenomenoloji tədqiqi" mövzusu üzrə dissertasiya işinin müdafiəsi ilə bağlı Şura üzvərinə məlumat verdi. Dissertasiya Şurasının elmi katibi fizika üzrə elmlər doktoru Bəxtiyar Paşayev iddiaçı və Şuraya daxil olmuş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Sonra iddiaçı Aygün İbrahimli "Psevdopotensiallı Nyuton mayelərində nanohadisələrin fenomenoloji tədqiqi" mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Doktorantın opponentləri AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Qasımov, ADNSU-nun Fizika kafedrasının müdiri, fizika elmləri doktoru, professor Müsavər Musayev, BDU-nun Maddə quruluşu kafedrasının müəllimi, fizika-riyaziyyat elmləri namizədi Alim Həsənov dissertasiya işi ilə bağlı fikirlərini bildirdilər, dissertasiya işinin mövzusunun məqsədinə çatmaq üçün seçilmiş metodlara, alınmış nəticələrin həqiqiliyinə, dürüstlüyünə və aktuallığına dair müsbət rəylərini və iradlarını səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi. Sonra iddiaçı iclas iştirakçılarının suallarını cavablandırdı. Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri iddiaçı Ibrahimli Aygün Balayaz qızının Fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Gizli səsvermənin nəticələri əsasında Bakı Dövlət Universitetinin nəzdindəki ED 2.19 Dissertasiya Şurası Ibrahimli Aygün Balayaz qızına 2206.01 - "Molekulyar fizika" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!
.