Fizika fakültəsində elmi seminar keçirilib
Epitermal neytronların nano-silisiumda nüvələrdən səpilmə və radiasion tutulmaları nəticəsində defektəmələgəlmə prosesləri” mövzusunda elmi seminar keçirilib.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinində “Epitermal neytronların nano-silisiumda nüvələrdən səpilmə və radiasion tutulmaları nəticəsində defektəmələgəlmə prosesləri” mövzusunda onlayn elmi seminar keçirilib. Onlayn elmi seminar iştirakçılarını salamlayan Fizika fakültəsinin dekanı müavini Vüsal Məmmədov elmi seminarın təşkil olmasının önəmini, fakültənin elmi fəaliyyətinin tanınmasına, inkişafına təkan olacağını vurğuladı. Daha sonra Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı Qəribli Aydan Adil qızı “Epitermal neytronların nano-silisiumda nüvələrdən səpilmə və radiasion tutulmaları nəticəsində defektəmələgəlmə prosesləri” mövzusunda məruzə ilə çıxış edib.
Microsoft Teams platforması üzərindən təşkil olunan elmi seminar professorlar Əhməd Abdinov, Səcidə Quliyeva, Mais Süleymanov, Məmməd Rəcəbov, Əli Hüseynov ,Tünzalə Bayramova, Zöhrab Ağamalıyev, Lalə Hacıyeva başqalarının mövzu ətrafında fikirləri ilə davam edib.