FİZİKA FAKÜLTƏSİNDƏ HİDROGENİN İSTEHSALINDA İSTİFADƏ OLUNAN FOTOKATALİZATORLARIN EFFEKTİVLİYNƏ DAİR SEMİNAR KEÇİRİLİB
24 may 2022-ci il tarixində Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Əli Hüseynov “Hidrogenin istehsalında istifadə olunan fotokatalizatorların effektivliy“ mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, enerji təcizatı hazırda qlobal aləmdə müzakirə olunan ən mübahisəli mövzulardan biridir. Enerji istehsalında və tədarükündə effektiv üsulların axtarışları və innovativ ideyaların tətbiqləri müasir elmin əsas məsələlərindəndir. Belə məsələlər sırasında alternativ enerji mənbələrindən istifadə etməklə suyun fotokatalitik üsulla parçalanması və hidrogen istehsalı ən perspektivli məsələ hesab edilir. Yarımkeçirici fotokatalizatorların tətbiqi ilə effektiv reaksiyaların aparılmasında bir sıra nailiyyətlər əldə edilmişdir. Məruzəçi qeyd etdi ki, bu istiqamətdə BDU-nun Yarımkeçiricilər fizikası kafedrasında aparılan elmi tədqiqat işlərinin də xüsusi payı var.
Müzakirələrdə çıxış edən seminar iştirakçıları təqdim olunan məlumatların praktik əhəmiyyət daşıdığını qeyd etdilər. Məruzəçi iştirakçıların suallarını cavablandırdı.