Fizika fakültəsində növbəti elmi seminar keçirilib
Fizika fakültəsinin növbəti elmi seminarında “Nanomaterialların kimyəvi fizikası” kafedrasının elmlər doktoru üzrə doktorantı Arzuman Həsənov “Metal tərkibli nanoquruluşların riyazi modelləşdirilməsi və kvantmexaniki tədqiqi” mövzusunda məruzə edib. Məruzəçi metal tərkibli nanoquruluşların riyazi modelləşdirilməsi və kvantmexaniki metodları tətbiq etməklə onların xassələrinin araşdırılması üzrə əldə olunmuş nəticələri təqdim edib. O, qeyd edib ki, metal tərkibli nanoquruluşların ölçüləri və atomların sayı təyin edilib, vizual modelləri qurulub və bu modellər əsasında kvantmexaniki metodlarla kompüterdə hesablamalar aparılıb. Alınmış nəticələrin təhlili nəticəsində metal tərkibli nanoquruluşlu obyektlərin, metal tərkibli nanoboruların xassələri öyrənilib və metal tərkibli nanoquruluşların bəzi polimerlərə təsirinin, eləcə də riyazi modelləşdirilmənin tətbiq olunma imkanları araşdırılıb. Sonda məruzəçi iştirakçıların sullarını cavablandırıb.