Fizika fakültəsində Xocalı faciəsi ilə bağlı tədbir keçirilmişdir
26 fevral 2021-ci il tarixdə Fizika fakültəsi Tələbə Hmkarlar Təşkilatının təşkilatçılığı ilə “Xocalı faciəsi dünya mətbuatında” adlı anım tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan dekan müavini Məhəmməd Məhərrəmov Xocalı faciəsi barədə, həmin faciənin baş verdiyi dövrdəki siyasi vəziyyət, onun doğurduğu fəsadlar barədə tələbələrə ətraflı məlumat verdi, builki anım tədbirinin əvvəlkilərdən fərqli atmosferdə keçirildiyini qeyd etdi: artıq Böyük Zəfər qazanılmış, 30 il işğal altında olan torpaqlarımızın böyük əksəriyyəti işğaldan azad edilmiş, qaçqın və kğçkünlərimizin dogma yurdlarına qayıtması istiqamətində intensiv işlər həyata keçirilir. Azərbaycan xalqı qalib xalqdır, şəhidlərin qisası alınmışdır və bundan sonra hər bir vətəndaşımız elə çalışmalıdır ki, bu cür faciələrlə rastlaşmayaq. Sonra tələbələr mövzu üzrə maraqlı çıxışlar etdilər, şerlər söylədilər.