Fizika fakültəsinin TEC-in seminarı keçirilib
26 oktyabr 2022-ci il tarixində Fizika fakültəsinin “Fizika bu gün” adlı elmi seminarı keçirilib. Seminarda fakültənin II kurs FzM 217-ci qrup tələbəsi Fatimə Əhmədova və III kurs FzM 198-ci qrup tələbəsi Aytən Cənnətova “Göy qurşağının yaranma səbəbləri”, III kurs FzM 196-cı qrup tələbəsi Nərgiz Abdulxalıqova “Kiçik zərrəcilklərin böyük gücü” adlı məruzələrlə çıxış ediblər. Fatimə Əhmədova və Aytən Cənnətova işıq şüaları və onların müxtəlif mühitlərdə yayılma prosesləri, bu proseslərin qanunauyğunluqları, həmin proseslərin təbiətdə təzahürlərindən biri olan göy qurşağının yaranma səbəbləri barədə ətraflı məlumat verdilər. Nərgiz Abdulxalıqova nanozərrəciklər, onların alınma texnologiyaları və müasir sənayedə tətbiqləri barədə danışdı.Tələbələrin məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı və müzakirələr aparıldı.