Gənclər günü
2 fevral 2021-ci il tarixdə Fizika və Hüquq fakültələrinin Tələbə Gənclər təşkilatları tərəfindən birgə “Birlik və həmrəylik qüdrətli gələcəyin əsasıdır” adlı online tədbir keçirilmişdir. Tədbir 2 Fevral Gənclər gününə həsr olunmuşdur. Tədbirdə Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova və Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov giriş sözü ilə çıxış edərək tələbələri gənclər günü münasibəti ilə təbrik etmiş, onlara öz tövsiyələrini bildirmişlər. Məhəmməd Məhərrəmov bu günün hər iki fakültə üçün xüsusilə əlamətdar olduğunu qeyd etmişdir. Fizika fakültəsinin “Nanomateralların kimyəvi fizikası” kafedrasının müəllimi Həbibə Şirinova təbiət və texnika elmləri üzrə, Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Aytəkin İbrahimova humanitar və ictimai elmlər üzrə ən yüksək nəticə göstərərək müsabiqədə 1-ci yeri tutmuşlar. Bu münasibətlə hər iki qalibi təbrik edən M.Məhərrəmov, bu nailiyyətin yalnız əzmlə çalışmaqla əldə olunduğunu, tələbələrə onlardan örnək götürə biləcəklərini bildirmişdir. Sonra hər iki fakültənin tələbələri çıxış edərək Gənclər günü, Azərbaycanda gənclər siyasəti ilə bağlı düşüncələrini bölüşmüşlər.