Maddə quruluşu kafedrasının elmi seminarı oldu
19 aprel 2022-ci il tarixdə Fizika fakültəsinin Maddə quruluşu kafedrasının genişləndirilmiş Elmi seminarı keçirilib. Fakültə əməkdaşlarının iştirak etdiyi seminarda kafedranın professoru Səcidə Əbdülvahabova “Standart modelin problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd etdi ki, Standart model nəzəri və təcrübi elementar zərrəciklər fizikasında çox mühüm rol oynayır. Standart model - elementar zərrəciklər fizikasının nəzəri modeli olub bütün elementar zərrəciklər arasında elektromaqnit, zəif və güclü qarşılıqlı təsirləri təsvir edir. Standart model təsviri modeldir. O, bir çox suallara cavab verə bilmir: modeldə neytrinonun və qara materiyanın kütləsinə yer yoxdur, qravitasiya nəzərə alınmır, niyə fundamental fermionların üç nəsli vardır, Plank enerji miqyasında qravitasiya güclü rol oynadığı halda o Standart modeldə nəzərə alındıqda nəzəriyyədə hansı dəyişikliklər baş verə bilər və s. Standart model elementar hissəciklərin son nəzəriyyəsi hesab edilə bilməz. Fiziklər əmindirlər ki, bu model mikro-dünyanın strukturunun daha mükəmməl nəzəriyyəsinin bir hissəsidir. Təxminən 20 parametr ilə Standart model milyonlarla təcrübi nəticələri izah edə bilir.
Onda mövzu ətrafında müzakirələr aparıldeı və məruzəçi iştirakçıların suallarını cavablandırdı.