Mühəndislik fizikası üzrə müzakirələr aparılıb
27 oktyabr 20022-ci il tarixində Fizika fakültəsinin “Yarımkeçiricilər fizikası” kafedrasının seminarı keçirilib. Seminrda kafedra müdiri professor Vaqif Salmanov “Mühəndislik fizikası” mövzusunda məruzə edib. Məruzəçi bildirdi ki, müasir yarımkeçirici kvant strukturları (kvant çuxuru, kvant teli və kvant nöqtəsi) kvant mexanikasının prinsipləri əsasında yaradılır. O, qeyd etdi ki, mühəndislik fizikasının nailiyyətləri nanotexnologiya, rezonans tunel diodları və kvant çökəyində lazerlərin hazırlanmasında geniş istifadə olunur. Sonda seminar iştirakçılarının sualları cavablandırıldı və “Yarımkeçiricilər fizikası” kafedrasında Mühəndislik fizikası fənninin tədrisi müzakirə edildi.