Nəzəri fizika kafedrasında elmi seminar
31 oktyabr 2022-ci il tarixində Fizika fakültəsinin Nəzəri fizika kafedrasının elmi seminarında kafedranın doktorantı Möhsün Əlizadə “NİCA enerjisində proton-proton toqquşmasında birbaşa fotonların alınması, Kompton kvark-qlüon səpilməsi və kvark-antikvark annigilyasiyası proseslərinə kvant elektrodinamik və kvant xromodinamik düzəlişlər“ mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi birbaşa fotonların alınması prosesinin tədqiqinin aktuallığı və proton-proton toqquşması zamanı əmələ gələn kvark qlüon plazmanın (KQP) xassələrinin araşdırılmasında rolundan danışdı. Daha sonra məruzəçi kvark-qlüon Kompton səpilməsi və kvark-antikvark cütünün annigilyasiyası proseslərinə edilmiş kvant elektrodinamik və kvant xromodinamik düzəlişlər haqqında məlumat verdi. O, qeyd etdi ki, araşdırmaların nəticəsi olaraq kvant xromodinamik düzəlişlərin Kompton kvark-qlüon səpilməsinin diferensial kəsiyinə əlavənin kvark-antikvark cütünün annigilyasiyasının diferensial kəsiyinə əlavəsindən böyük olduğu müəyyən olunub. Məruzədə, həmçinin, real və virtual Kompton proseslərinin tədqiq olunduğu bildirilib, dəniz və valent kvarkların Kompton kvark-qlüon səpilməsində rolu izah edilib.
Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.