Optoelektronikanın perspektivləri müzakirə olunub
27 oktyabr 2022-ci il tarixində Fizika fakültəsinin “Fiziki elektronika” kafedrasının elmi seminarında kafedra müdiri professor Əhməd Abdinov “Laylı quruşlu indium-selen
(n-İnSe) monokristallarınin optoelektronika üçün perspektivləri haqqında” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, optoelektronikanın sürətli inkişafı və geniş tətbiq imkanları müasir elektronikanın bu sahəsinin əsas funksional elementlərinin hazırlanması üçün perspektivli olan yeni materialların yaradılmasını, alınmasını və həmin materialların fiziki xassələrinin kompleks tədqiqini tələb edir. Bu istiqamətdə aparılan işlər sırasında təmiz və müxtəlif miqdarda nadir torpaq elementləri ilə aşqarlanmış laylı quruluşlu indium- selen (n-İnSe) monokristallarında çeviciricilik, simistor, fototriqqer, fotosimistor effektləri, injeksiya elekrtrolüminessensiya şüalanması müşahidə edilib və həmin hadisələr müxtəlif xarici şəraitlərdə eyni bir nümunələrdə kompleks şəkildə eksperimental tədqiq olunub. Alınmış təcrübi nəticələrin statistik təhlili əsasında müşahidə edilən effektlərin fiziki mexanizmi, onların aşqarlanmadan asılılığının xüsusiyyətləri izah edilib.
Göstərilib ki, 0,1 % miqdarında nadir torpaq elementləri ilə aşqarlanmış n-İnSe monokristallarının nazik təbəqələri əsasında optoelektronika üçün dayanıqlı parametr və xarakteristikalara malik olan müxtəlif funksoional eklementlər hazırlamaq mümkündür. Həmçinin laylı quruluşlu indium selen (n-İnSe) yarımkeçirici birləşməsi monokristallarının elektronikanın bu sahəsi üçün perspektivli olduğu qeyd edilib.