Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
30 mart 2022-ci il tarixində Fizika fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçkisi ilə bağlı iclas keçirilib. İclasda BDU THİK sədri Hacıbaba Mustafayev, THİK rəyasət heyətinin üzvləri, Fizika fakültəsi THİK idarə heyətinin üzvləri, dekan müavini Məhəmməd Məhərrəmov və tələbələr iştirak ediblər. BDU THİK sədri Hacıbaba Mustafayev fakültə THİK sədri Günel Əliyevanın öz ərizəsi ilə vəzifəsini tərk etdiyini nəzərə çatdıraraq, sədr vəzifəsinə fakültə rəhbərliyinin də fikri nəzərə alınmaqla II kurs Fz193-cü qrup tələbəsi Lamiyyə Həmidovanın namizədliyini təklif etdi. O, Lamiyyə Həmidovanın Universitetin tələbə həyatında fəal iştirak etdiyini diqqətə çatdırdı. Dekan müavini Məhəmməd Məhərrəmov əvvəlki sədr Günel Əliyevaya məhsuldar fəaliyyətinə görə təşəkkür etdi və Lamiyyə Həmidovanın layiqli namizəd olduğunu bildirdi. O, tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə dəvət etdi. Sonra keçirilən səsvermə ilə Lamiyyə Həmidova Fizika fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinə sədr seçiıldi.
Təbrik edirik!