2024-cü ilin 1-ci Günəş tutulması olacaq
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, 2024-cü ilin 1-ci Günəş tutulması aprelin 8-də qeydə alınacaq. Bu tutulma tam Günəş tutulması olacaq. Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42:07-də başlayacaq, 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək və 9 aprel saat 00:52:14-də sona çatacaq. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək. Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın demək olar ki, hər yerində, Atlantik və Sakit okeanda görünəcək. Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğuna görə tutulma müşahidə olunmayacaq