40 il sonra BDU-da
Bakı Dövlət Universiteti Fizika fakültəsinin 2025-ci il üçün sosial sahədə tədbirlər planının 8-ci bölməsində (İşəgötürənlərlə, ictimai qurumlarla və məzunlarla birgə layihələrin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi) nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq 10 may 2025-ci il tarixində BDU-nu 1985-ci ildə bitirmiş məzunların universiteti bitirməklərinin 40 illiyi münasibəti ilə görüşü keçirilib. Məzunlar doğma universitetin vaxtilə dərs keçdikləri auditoriyalarında olublar, müəllimləri yad ediblər və xatirələrini bölüşüblər. Fizika fakültəsinin social məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov Fizika fakültəsində hazırda tədris prosesi, fakültənin uğurları barədə məlumat verib. Məzunlar xatirə şəkilləri çəkdiriblər.