ABŞ-nin Şimali Dakota Dövlət Universitetinin professorunun BDU-da elmi seminarı

Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat və Fizika fakültələrinin birgə təşkilatçılığı ilə elmi seminar keçirilib.
Seminarda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Dakota Dövlət Universitetinin Riyaziyyat departamentinin professoru Azər Əhmədov “Qruplarda Tits alternativi və yoğünluq alternativi” mövzusunda məruzə ilə çıxış edib.
Professor Azər Əhmədov məruzəsində qeyd edib ki, xətti qruplar üçün Tits alternativi vaxtilə J. Tits tərəfindən isbat olunub. Klassik və mühüm elmi nəticə hesab edilən bu alternativ fərqli qruplar (qrup sinifləri) ūçūn də isbat edilib. Bəzi qruplar üçün isə problem hələ də açıq olaraq qalır.
Məruzədə qruplarda yoğünluq anlayışından istifadə etməklə təklif edilən yoğünluq alternativi və onun Tits alternativi ilə müqayisəsi haqqında da məlumat verilib.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.