Albert Eynşteynin doğum günü qeyd olunub
14 Mart 2023 14:59

14 mart 2023-cü il tarixində Fizika fakültəsində dahi fizik Albert Eynşteynin doğum günü ilə bağlı tədbir keçirilib. Fakültə müəllimlərinin və tələbələrin iştirak etdiyi tədbiri dekan Bəxtiyar Paşayev açaraq əvvəlcə iştirakçıları ilaxır çərşənbəsi münasibətilə təbrik edib, Eynşteynin fizika elmində oynadığı rol, tutduğu mövqe barədə danışıb. Sonra Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov Albert Eynşteynin həyatı barədə maraqlı məlumatları diqqətə çatdırıb. O, Eynşteynin asan olmayan bir həyat yaşadığını, öz qeyri-adi istedadı sayəsində böyük nailiyyətlər qazandığını qeyd edib. Eynşteynin fizika elmində etmiş olduğu kəşflərin hər birinin ayrılıqda Nobel mükafatına layiq olduğunu xüsusilə vurğulayaraq, onunla bağlı maraqlı hadisələri danışıb.
Son XƏBƏRLƏR
22.09.2026 | 15:36
Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib
18.09.2026 | 09:09
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
04.09.2026 | 10:57
Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
28.08.2026 | 10:59
Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
10.07.2026 | 13:43