Astrofizika kafedrasında elmi seminar
06 noyabr 2023-cü il tarixində Fizika fakültəsinin Astrofizika kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın dosenti, astronomiya elmləri doktoru Zahir Səmədov “ρ Cas (HR9045, HD224014) ulduzunun kimyəvi tərkibi” mövzusunda məruzə edib. O, qeyd edib ki, model üsulu ilə ρ Cas hipernəhəng ulduzunun atmosferi tədqiq olunub. [c1], Q fotometrik kəmiyyətlərinin və hidrogenin Balmer seriyasının xətlərinin ekvivalent enlərinin müşahidə və nəzəri hesablanmış qiymətlərinin müqayisəsi əsasında ulduzun effektiv temperaturu və səthində ağırlıq qüvvəsinin təcili təyin edilib: Тeff=5450±200 К, logg=0,1±0.2. FeII xətləri əsasında mikroturbulent hərəkət sürəti təyin edilib: ξt=10±0.5кm/s. Ulduzun kimyəvi tərkibi müəyyən olunub. Aşkar edilib ki, ρ Cas ulduzunun atmosferində Günəşdə olan miqdar ilə müqayisədə karbon elementinin miqdarı az, azot və natrium elementlərinin miqdarı çox, digər elementlərin miqdarı isə praktik olaraq eynidir.