Astrofizika kafedrasında elmi seminar keçirilib
-lg.jpg)
30 iyun 2026-cı il tarixində Fizika fakültəsinin Astrofizika kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın dosenti Abdulkərim Asvarov “İfrat yeni ulduzların qalıqları” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, İfrat yeni ulduz partlayışlarının qalıqları (İYUQ) ənənəvi olaraq həm fundamental fizikanın, həm də astrofizikanın diqqət mərkəzindədir. Onlar elektromaqnit spektrin bütün dalğa uzunluqlarında şüalanırlar. Son zamanlar müşahidə texnologiyalarının inkişafı ilə İYUQ-lara olan maraq yüksək olaraq qalmaqdadır . Məruzədə İYUQ tədqiqatlarının müasir vəziyyətinə dair icmal təqdim olunub, bu sahədəki əsas problemlər və gələcək tədqiqatların perspektivləri müzakirə edilb.