Astrofizika kafedrasının elmi seminarı keçirilib
08 aprel 2024-cü il tarixində Fizika fakültəsi Astrofizika kafedrasının elmi seminarında kafedranın II kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. Magistrantlar Ağayeva Aygün Ağa qızı “Ae/Be Herbiq tipli HD 141569 ulduzunun toz diskinin strukturu”, Aysu Xankişiyeva "F spektral sinifli ulduzların atmosfer parametrləri", Şahmarlı Zəhra Əlifağa qızı “G spektral sinifli ulduzların atmosfer parametrləri”, Nurgül Fərzi "C/2020 F3 kometinin spektral və fotometrik tədqiqi" mövzularında məruzə ilə çıxış ediblər.
Aygün Ağayeva bildirib ki, apardıqları müşahidələr göstərdiyi kimi, böyük sayda Ae/Be Herbiq tipli cavan ulduzların spektrində ulduzətrafı diskin şüalanması hesabına yaranan şüalanma artıqlığı müşahidə edilir.Ulduz ətrafı disk ulduz küləyi ulduz səthinə və planet akkreditasiyına şüalanma təzyiqi və s. proseslər nəticəsində təqribən 108 il ərzində tədricən dissipasıya edərək yox olur. Ona görə də belə İQ şüalanma artıqlığı göstərən ulduzlar cavan ulduzlar hesab olunur. Ulduz ətrafı diskdə planetlərin yaranması mexanizmini başa düşmək üçün parametrlərini və yaşını tədqiq etmək böyük əhəmiyyət kəsb edir. Onlarda yaşı təyin edən əsas indikator sayılan litium artıqlığı və rentgen şüalanması müşahidə olunmur. HD 141569 ulduzunun spektrində şualanma komponentinin intensivliyi hidrogen xətlərində çox dik Balmer dekrementi yaradır. Bu da ulduz diskinin mərkəzi ulduz tərəfindən şüalanan bənövşəyi şüalanmaya qeyri şəffaf olduğunu göstərir. Balmer xətləri həm qısamüddətli həm də uzunmüddətli dəyişmə göstərir.
Aysu Xankişiyeva bildirib ki, F spektral sinifli HD 203, HD 1324, HD 4757, HD 6680, HD 571, HD 6706, HD 7259 və HD 4919 ulduzlarının c1 və Q indekslərinin və pi parallaksının müşahidə və nəzəri qiymətlərinin müqayisəsi əsasında Teff, log g cütləri tapılır və log g - Teff müstəvisində onların müxtəlif kombinasiyalarına uyğun qrafiklər qurulur. Həmin qrafiklərin kəsişmə nöqtələrinin həndəsi mərkəzi bu ulduzkarın Teff və log g təyin edir. Nəticə olaraq HD 203 ulduzu üçün Teff = 6745 K, log g=3.7, HD 571 üçün Teff = 6427 K, log g= 2.2, HD 1324 üçün Teff = 6481 K, log g=3.4, HD 4757 üçün Teff = 6801 K, log g = 3.3, HD 4919 üçün Teff = 6950 K, log g=3.3, HD 6680 üçün T_eff = 6241 K, log g = 3.4, HD 6706 üçün T_eff = 6419, log g = 3.3 və HD 7259 üçün T_eff = 6334 K, log g = 3.2 təyin olunmuşdur.
Zəhra Şahmarlı qeyd edib ki, G spektral sinifli HD 10697, HD 9362, HD 9562, HD 3794, HD2942, HD12235 ulduzlarının c1 və Q indekslərinin və pi parallaksının müşahidə və nəzəri qiymətlərinin müqayisəsi əsasında Teff, log g cütləri tapılır və log g - Teff müstəvisində onların müxtəlif kombinasiyalarına uyğun qrafiklər qurulur. Həmin qrafiklərin kəsişmə nöqtələrinin həndəsi mərkəzi bu ulduzkarın Teff və log g təyin edir. Nəticə olaraq HD 10697 ulduzu üçün Teff = 5820 K, log g 3,4 dür . HD 9562 üçün Teff = 5750 K, log g 3,3 dür , HD 9362 üçün Teff = 5150 K, log g 2,4 dür, HD 2942 üçün Teff = 5100, log g = 2,6 dır , HD 3794 üçün Teff =5350 k, log g = 3 təyin olunmuşdur.
Nurgül Fərzi bildirib ki, C/2020 F3 kometinin spektral tədqiqi nəticəsində komet atmosferində mövcud olan molekullar CN, CH, C_3, C_2 və 〖NH〗_2 -dir. Kometin ulduz ölçüsü təyin olunmuşdur. Mütləq parlaqlıq baxımından komet uzun müddətli kometlər sistemində orta yer tutur. Dinamik tədqiqatlardan məlum olub ki, kometin orbiti çox sabitdir, əlverişli yerləşməsi sayəsində komet məlum planetlərlə yaxın görüşlərdən yayınır. 30.000 il əvvələ gedən hesablamalara görə, komet Oort buludundan deyil, səpələnmiş diskdən gəlib.
Seminarın sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb.