Astrofizika kafedrasının elmi seminarı keçirilib
20 aprel 2023-cü il tarixində BDU Fizika fakültəsi Astrofizika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedra müdiri, dosent Kəmalə Alışeva “Yeni ulduzların spektrofotometriyası” mövzusunda məruzə edib.
Məruzəçi qeyd edib ki, SCT 2017 yeni ulduzunun N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda alınmış spektrlərinə və Per 2020 Yeni ulduzunun ARAS beynəlxalq məlumatlar bazasından götürülmüş spektrlərinə baxılıb. Ayrı-ayrı xətlərin təkamülü izlənərək bu ulduzlarda baş verən proseslər tədqiq edilib. SCT 2017 ulduzunun alışma dövründə alınan spektrlərinin xüsusi əhəmiyyətli olduğu müəyyən edilib. Bu ulduzlara qədər məsafə təyin olunub.