BDU-da Eynşteyn günü keçirilib

13 mart 2026-cı il tarixində Bakı Dövlət Universiteti (BDU) Coğrafiya və Fizika fakültələrinin Tələbə Həmkarlar İttifaqı Komitələrinin (THİK) birgə təşkilatçılığı ilə Albert Einşteyn və Lev Bergin doğum günlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Fizika fakültəsinin birinci kurs tələbəsi Rəhidə Astanlı Albert Einşteynin həyat və yaradıcılıq yolundan bəhs edib, böyük alimin elmə verdiyi töhfələr barədə danışıb. Daha sonra tədbir çərçivəsində Albert Einşteyn və Lev Bergin həyat və elmi fəaliyyətləri ilə bağlı iştirakçılar üçün Fizika fakültəsi THİK-in sədri Cavid Hüseynli və Coğrafiya fakültəsi THİK-in sədri Etibar Tərlanov tərəfindən qısa və maraqlı suallar səsləndirilib. Tələbələr sualları cavablandıraraq mövzuya daha yaxından bələd olmaq imkanı əldə ediblər.
Tədbirin davamında iştirakçılar üçün bilik yarışması təşkil olunub. Yarışma zamanı iştirakçılar komandalar şəklində yarışaraq həm biliklərini nümayiş etdirib, həm də maraqlı və əyləncəli anlar yaşayıblar.
Sonda yarışmanın qaliblərinə təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.