BDU-da " π günü" qeyd olunub
14 mart 2023-cü il tarixində Mexanika-Riyaziyyat və Fizika fakültələrinin könüllülərinin təşkİlatçılığı ilə π günü ilə bağlı tədbir keçirilib. Tədbirin aparıcılığını Fizika fakültəsindən Aysun Əliyeva, Mexanika-riyaziyyat fakültəsindən Gülər Musayeva həyata keçiriblər. Tədbirdə hər iki fakültənin rəhbərliyi, müəllim və tələbələri iştirak edib. Tədbirdə Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev, dekan müavini Etibar Əhmədov, Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxış ediblər. Onlar iştirakçıları ilaxır çərşənbəsi münasibətil təbrik edib, π gününün Mexanika-riyaziyyat və Fizika fakültələri tərəfindən birgə qeyd olunmasının əlamətdar olduğunu bildiriblər. π gününün tarixi, bu ədədin fizika və riyaziyyat elmində, digər sahələrdə necə əhəmiyyət daşıdığı barədə məlumat veriblər. Sonra fakültə könüllülərinin sədrləri Toğrul Ələkbərov və Ramazan Hüşənov tədbirlə bağlı fikirlərini çatdırıblar. Tədbirdə Mexanika-riyaziyyat fakültəsindən Toğrul Ələkbərov “π ədədi haqqında”, Şahbaz Mirzəzadə “π ədədi haqqında”, Sara Qurbanova “Qızıl nisbət”, Fizika fakültəsindən Zabitə Məmmədova “π ədədinin fizikada yeri”, Əfsanə Salmanova “Fibonaççi sıralaması” mövzularında təqdimatlarla çıxış ediblər. Tədbirdə π ədədi ilə bağlı səslənmiş məlumatlar əsasında tələbələr arasında “Bilik” yarışması keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.