BDU-da "pi günü" qeyd olunub
27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mexanika-Riyaziyyat və Fizika fakültələrinin könüllülərinin təşkilatçılığı ilə pi günü ilə bağlı tədbir keçirilib. Tədbirin aparıcılığını Fizika fakültəsindən Aysun Əliyeva, Mexanika-riyaziyyat fakültəsindən Gülər Musayeva həyata keçiriblər. Tədbirdə hər iki fakültənin rəhbərliyi, müəllim və tələbələri iştirak edib. Tədbirdə Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev və Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxış ediblər. Onlar iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə ilə təbrik edib, pi gününün Mexanika-riyaziyyat və Fizika fakültələri tərəfindən birgə qeyd olunmasının əlamətdar olduğunu bildiriblər. pi gününün tarixi, bu ədədin fizika və riyaziyyat elmində, digər sahələrdə necə əhəmiyyət daşıdığı barədə məlumat veriblər. Fizika fakültəsi könüllülərinin sədri Aydan Rüstəmli isə riyaziyyat va fizika elmlərinin daim vəhdətdə olduğunu vurğulayaraq, pi ədədinin bu iki sahədəki əsas funksiyaları barədə məlumatı iştirakçılara çatdırıb. Daha sonra Fizika fakültəsinin tələbəsi Fidan Hüseynova va Mexanika-riyaziyyat fakültəsinin tələbəsi Leyla Məmmədzadə "pi ədədinin yaranması" və "E ədədi" mövzularında təqdimat ediblər. Taqdimat zamani iştirakçilar bu riyazi konstantların tarixi va tətbiq sahələri haqqında dəyərli məlumatlar əldə ediblər.
Tədbir müddətində tələbələr arasında intellektual yarış təşkil olunub va ilk üç yerin qalibləri sertifikatla təltif olunub.