BDU Fizika fakültəsinin magistrantı beynəlxalq tədbirdə iştirak edib
BDU Fizika fakültəsinin Nəzəri fizika kafedrasının II kurs magistrantı İlyas Abuşzadə Avstriyanın paytaxtı Vyana şəhərində 14-19 aprel 2024-cü il tarixlərində keçirilən “Avropa Geoloji Elmlər İttifaqının 2024-cü il üzrə Baş Assambleyasında (General Assembly 2024 of the European Geosciences Union)” iştirak edib. O, “Kaskad modeli yaxınlaşmasında turbulent dinamo həddi (A Turbulent Dinami Threshold in the Shell-model approximation)” mövzusunda məruzəsini təqdim edib. Məruzədə kaskad MHD modellərindən istifadə edərək, generasiya həddinin Kazantsev qiymətləndirilməsindən nə qədər fəqləndiyinin və bu həddin axın sürətindən, diffuziya əmsallarından və hidrodinamik sarmaldan necə asılı olduğunun öyrənilməsinin nəticələri təqdim olunub. Turbulent maqnit dinamo modelləri təxminən əlli il əvvəl təsadüfi konvektiv plazma axınlarında orta maqnit enerjisinin artımını təsvir etmək üçün yaradılıb. Belə modellərin tipik xüsusiyyəti, maqnit enerjisinin eksponensial artımının yalnız kifayət qədər böyük maqnit Reynolds saylarında başladığı nəsil həddidir. Xüsusilə, Kazantsev və Kraichnan tərəfindən 70-ci illərdə təklif edilən ilk modellərdən biri, genrasiya həddini Rm=100-ə yaxın proqnozlaşdırır. Bu həddi hətta müasir laboratoriya təcrübələri üçün də əldə etmək çətindir, buna görə də, bir çox tədqiqatlar son illər bu kritik dəyərin aydınlaşdırılmasına həsr edilib.
Tədbir haqqında təəssüratlarını bölüşən İlyas Abuşzadə bildirib ki, müxtəlif ölkələrdən geniş spektrli alim və doktorantların qatıldığı sessiyada elmi işini təqdim edib. Maqnitohidrodinamika və kiçik-sahə dinamosu üzrə apardığı tədqiqatların yüksək qiymətləndirilib. Aparıcı alim və professorlarla görüşlər perspektivli əməkdaşlıq imkanlarına şərait yaradıb. Konfransın strukturu, yeni maliyyə imkanları və gənc alimlərə dəstək haqqında əldə etdiyi biliklər gələcək inkişafı üçün mühüm rol oynayacaq. O, həmçinin maqnitohidrodiamika üzrə işlər və maqnit dinamolarının eksperimental tədqiqatları da daxil olmaqla, dünya üzrə tədqiqat layihələri haqqında məlumat əldə etdiyini, müxtəlif ölkələrdən olan həmkarlarla keçirdiyi görüşlərin və müzakirələrin onun gələcək tədqiqatlar üçün perspektivlər müəyyənləşdirdiyini qeyd edib. Sessiyaların birində Helmholtz İnstitutunun maqnitohidrodinamika sahəsində tədqiqatları ilə məşhur olan professor Frank Stefani ilə müzakirə zamanı professor İlyas Abuşzadənin maqnitohidrodinamik dinamonun eksperimental tədqiqinə həsr olunmuş layihədə iştirak etməsi təklifini irəli sürüb.