BDU könüllüləri “Təbiətin Xoş Avazı” adlı Novruz tədbiri keçirib
Fizika və Ekologiya və torpaqşünaslıq fakültələrinin könüllülərinin birgə təşəbbüsü ilə “Təbiətin Xoş Avazı” adlı Novruz tədbiri keçirilib. Tədbirdə Fizika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov və Ekologiya və torpaqşünaslıq fakültəsinin Aqrar elmlər üzrə fəlsəfə doktoru Qismət Xanbabayev çıxış ediblər. Onlar Novruz bayramının mədəni əhəmiyyətindən və bayramın təbiətin yenilənməsi, qayğı göstərilməsi mövzusunda vacib bir simvol olduğunu vurğulayıb, öz arzularını tələbələrlə bölüşüblər.
Daha sonra tədbirdə Novruza aid səhnəcikl nümayiş etdirilib, Novruz xas olan qulaq falı, papaqatma və üzük falı kimi adət-ənənələr canlandırılıb. Könüllülərin fizika və ekologiya elmlərinin təbiətin qorunmasındakı rolunu və əhəmiyyətini göstərən təqdimatı göstərilib.