BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq”
10 Sentyabr 2025 12:11

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.
Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.
Son XƏBƏRLƏR
26.05.2026 | 23:37
30 il sonra BDU-da
25.05.2026 | 16:33
BDU-da Fizika fənni üzrə IV Respublika olimpiadası keçirilib
15.05.2026 | 12:59
BDU-da “Fizika və astronomiyanın problemləri” mövzusunda XXVI Respublika elmi konfransı keçirilib
14.05.2026 | 20:08
Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib
14.05.2026 | 10:42