BDU-nun professoru Azər Əhmədov vəfat edib
29 Dekabr 2023 12:40

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru Azər Əhmədov dünyasını dəyişib.
Azər İnşalla oğlu Əhmədov 29 aprel 1964-cü ildə anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirib. 1992-1995-ci illərdə Fizika fakültəsinin Nəzəri Fizika kafedrasının aspirantı olub. 1996-cı ildə namizədlik, 2016-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2007-2022-ci illərdə Nəzəri Fizika kafedrasında dosent, 2022-ci ildən isə professor vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
Son XƏBƏRLƏR
22.09.2026 | 15:36
Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib
18.09.2026 | 09:09
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
04.09.2026 | 10:57
Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
28.08.2026 | 10:59
Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
10.07.2026 | 13:43