BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinə ekskursiya təşkil olunub
“BDU könüllüləri” təşkilatı Fizika fakültəsinin könüllülərinin təşkilatçılığı ilə BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinə ekskursiya təşkil olunub.
Ekskursiya zamanı iştirakçılar mərkəzdəki teleskop, 3D printer, planetlərin maketləri, müxtəlif texniki qurğular və tələbələrin hazırladığı layihələrlə tanış olublar. Onlara həmçinin mərkəzin fəaliyyəti, burada keçirilən elmi layihələr və əldə olunmuş uğurlar — o cümlədən tələbələrin qazandığı diplom və təltifnamələr barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, ekskursiyanın əsas məqsədi tələbələrin elmi-texniki sahəyə marağını artırmaq, innovativ texnologiyalarla yaxından tanış olmalarını təmin etmək olub.