Bərk cisimlər fizikası kafedrasının Elmi seminarı keçirilib
28 fevral 2024-cü il tarixində Fizika fakültəsi Bərk cisimlər fizikası kafedrasının növbəti Elmi seminar keçirilib. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri namizədi Eldar Həsənov “Keçirici mühitlərdə xarici təsirlərin yaratdığı dayanıqsız dalğalar” mövzusunda məruzə edib.
Məruzəçi qeyd edib ki, yarımkeçirici və metallarda xarici elektrik sahəsinin, maqnit sahəsinin və temperatur qradiyentinin təsiri ilə yaranan qeyri-tarazlıq halında olan mühüt enerji şüalandırır və alternativ enerji mənbəyinə çevrilir. Daynıqsız dalğaların yaranma mexanizmi, tezliyi və yaranma anında xarici təsirlərin qiymətləndirilməsi, gücləndirici, düzləndirici cihazların yaranmasında elmi əhəmiyyətə malik olması seminar iştirakçılarının diqqətinə çatdırılıb. Bundan başqa, dayanıqsızlıq hallarının nəzəri tədqiqinin vacib və praktiki əhəmiyyəti haqqında məlumat verilib.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.