Dissertasiya işinin müzakirəsi keçirilib
07 iyun 2024-ci ildə BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasının Elmi Seminarında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun doktorantı Aygün Məmməd qızı Məmmədovanın 2212.01- “Nəzəri fizika” ixtisası üzrə “Koordinatdan asılı kütləyə malik kvant sistemlərinin dəqiq həll olunan ossilyator tip konfaynment modellərinin müqayisəli tədqiqi” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib.
Dissertasiya Şurasının Elmi Seminarının sədri professor Sərhəddin Abdullayev iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 7-sinin iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirdi. Sərhəddin Abdullayev dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər f.r.e.d. professor Rauf Qədir oğlu Cəfərov və f.ü.f.d. Ruslan Ağarza oğlu Nuriyev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Aygün Məmmədovanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin Dissertasiya Şurasında müdafiəyə təqdim etməyə layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Aygün Məmməd qızı Məmmədovanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Koordinatdan asılı kütləyə malik kvant sistemlərinin dəqiq həll olunan ossilyator tip konfaynment modellərinin müqayisəli tədqiqi” mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2212.01- “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.